!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İctimai nəqliyyatdan içkili halda istifadə edənlərə qarşı hansı tədbirlər görülməlidir?

!Reklam – Yazi

“İçkili halda insanlara narahatlıq törədən şəxslərə qarşı cərimələr qüvvəyə minməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında ictimai nəqliyyatdan içkili halda istifadə edib insanlara narahatlıq yaradan şəxslərə qarşı hansı addımların atılmalı olduğu barədə fikirlərini səsləndirən sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, belə bir məsələni inzibati yollarla tənzimləmək çətindir.

“Təbii olaraq, dünyanın hər yerində insanlar alkoqollu içki içə bilir. Ancaq bunu ictimaiyyətə narahatlıq yaratmayacaq dərəcədə edirlər. Əgər neqativ hal müşahidə edilərsə, inzibati qaydada qarşısını almaq mümkün deyil. Çünki hər kəsin ictimai nəqliyyatdan istifadə etmək hüququ var. Burada yalnız ictimai qınaq müəyyən rol oynaya bilər.

Lakin dövlət də müəyyən qaydalar tətbiq etməlidir. İçkili vəziyyətdə insanlara narahatlıq törədən şəxslərə qarşı cərimə qüvvəyə minməlidir. Bunun üçün isə müəyyən standartlar qəbul edilməlidir. Çünki elə şəxs ola bilər ki, üzərindən spirt iyi gəlsin, ancaq cəmiyyətə narahatlıq yaratmasın. Lakin özündə olmayan, təhlükəli vəziyyətə səbəb olacaq şəxslərə qarşı mütləq qanunla tənzimlənən addımlar atılmalıdır”,- deyə sosioloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv