İctimai TV-də yeni təyinatlar olub

media-hightechnic-468x90

itv1(28.08.2014) (1)İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Çarçıfilm” yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və “Səhər” proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar.

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Telman Nəzərli, “Carçıfilm” yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və “Səhər” proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib.
İctimaiyyətlə əlaqələr şöbəsi

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600