IFC Azərbaycana PPP layihələrinin icrasını asanlaşdırmağa kömək edəcək

media-hightechnic-468x90

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə ölkədə Dövlət-Özəl Tərəfdaşlığı (PPP) layihələrinin icrasının asanlaşdırılması üzrə strategiya hazırlayacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin 2025-ci ilin yekunlarına dair hesabatında bildirilir.

Bundan başqa, IFC bu istiqamətdə əməkdaşların potensialının artırılmasında nazirliyə dəstək göstərəcək, bu məqsədlər üçün 212,5 min ABŞ dolları vəsait ayıracaq.

Yaxın 5 ildə IFC Azərbaycan üzrə maliyyələşdirməni 200-500 milyon ABŞ dollarına çatdıra bilər.

Xatırladaq ki, IFC son 30 ildə 60-dan çox layihənin maliyyələşdirilməsi üçün Azərbaycana 800 milyon ABŞ dollarından çox investisiya yatırıb. IFC-nin kapitalında ölkənin payı 0,12 %-dir (28 852 səhm), hökumət bu səhmlərə abunə yazılışı üçün 21,516 milyon ABŞ dolları ödəyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05