Fransada Rusiya imperatoru II Pyotrun tarixi hərbi fərmanı hərracda satılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, sözügedən sənəd bir həftə əvvəl Rusiya Dövlət Hərbi Tarixi Arxividən (RGVIA) naməlum şəxslər tərəfindən oğurlanıb.
Söhbət “Famentsinin Sankt-Peterburq komendantı vəzifəsindən kənarlaşdırılması və onun yerinə knyaz Q.A. Urusovun təyin olunması” haqqında 9 sentyabr 1727-ci il tarixli fərmandan gedir. Hərracda fərmanın ilkin qiyməti min avrodan iki min avroya qədər başlayıb. Nəticədə sənəd 3120 avroya satılıb. II Pyotr 14 yaşında vəfat etdiyi üçün bu sənəd çox nadirdir hesab edilir./unikal
www.yenicag.az