!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki aviaşirkətin birləşməsi: "Boş yerə ümidlənməyin, heç nə dəyişməyəcək"

!Reklam – Yazi

Azərbaycan Hava Yolları və “Buta Airways” vahid brend altında birləşib. Bunun əsas səbəblərindən biri də qiymət tarifləri ilə əlaqədardır.

Bəs bu birləşmənin başqa hansı perspektivləri var? İstər sərnişinlərə, istərsə də turizm sektoruna hansı təsirləri olacaq?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən turizm eksperti Ramin Zamanov bildirib ki, bu birləşmə birmənalı olaraq Azərbaycana turist axınını artıracaq:

“Əlbəttə ki, bu, həm müştəri məmnuniyyətində, həm də destinasiyaların açılmasında və eyni zamanda dayanıqlılığın saxlanması üçün hədəflənmiş addımdır.

Əvvəllər yay aylarında çarter uçuşlar olurdu. Amma indi Azərbaycan Hava Yolları o uçuşları digər mövsümlərdə də davam etdirəcək.

Yəni təkcə yayda deyil, qış aylarında da turist daşınmaları olacaq”.

İqtisadçı Əkrəm Həsənov isə tam əksini düşünür. O bildirib ki, aydın məsələdir, toplananların yeri dəyişəndə cəm dəyişmir:

“Deyə bilmərik ki, bununla bağlı heç vaxt şübhələrimiz olmayıb. Faktiki olaraq, elə AZAL-la “Buta” eyni şirkət idi. Dövlət kimi birşeydir. Guya, birləşdilər və ya ayrıldılar, nəsə dəyişəcək?

Bu baxımdan nəyinsə dəyişəcəyini gözləməyin. Qiymətlərin onların birləşməyi ilə heç bir əlaqəsi yoxdur.

“Buta” elə də böyük bir şirkət deyil. AZAL özü qiymətləri və aviareysləri müəyyən edir. Bu da sağlam rəqabətə ziddir.

Azərbaycanın aeroportu da AZAL-ındır. O özü müəyyən edir ki, ora kim gəlib-gedə bilər.

Kim hansı qiymətlə gəlir, onu Azal özü müəyyən edir. Buna görə də qiymətlər bahadır.

Heydər Əliyev Hava Limanı AZAL-dan ayrılmalıdır. Müstəqil olmalıdır. Fərqi olmamalıdır ki, ordan AZAL uçur, yoxsa “Aeroflot”. Bu olmayınca, ciddi bir dəyişiklik olmayacaq”.

Şahanə Paşa

www.yenicag.az

2880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv