İki azyaşlı dərmandan zəhərləndi

media-hightechnic-468x90

Qaxda iki azyaşlı dərmandan zəhərlənib.

Yenicag.az xəbər verir ki, mayın 17-i axşam saatlarında rayonun Qum kənd sakini 2020-ci il təvəllüdlü Zaira Məmmədova və Fıstıqlı kənd sakini 2020-ci il təvəllüdlü Melisa Məmmədli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar. Müayinə zamanı yaxın qohum olan hər iki azyaşlının nəzarətsiz qalaraq sakitləşdirici dərman içərək zəhərlənmələri məlum olub. Zaira Məmmədova və Melisa Məmmədliyə xəstəxanada lazımi tibbi yardım göstərilib. Azyaşlıların vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır./APA/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa