!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

İki məşhur aparıcı arasında küsülülük? - “Buna görə studiyanı tərk etdim”- Mikayıl əsl SƏBƏBİ AÇIQLADI

!Reklam – Yazi

“İslamla aramızda heç bir inciklik, umu-küsü olmayıb və yoxdur”.

Bunu həmkarı İslam Mehrəliyevlə aralarında yaşanan narazılıq və efiri tərk etməsi ilə bağlı xəbərə münasibət bildirərkən tanınmışı aparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı İslamla aralarında heç bir narazılıq olmadığını və bu səhnənin qabaqcadan planlaşdırıldığını bildirib:

“Verilişə baxmayan elə bilir ki, mən efiri yarımçıq tərk etmişəm. Xeyr, elə olmayıb. Veriliş başlamazdan öncə biz İslamla elə bir səhnə qurmağı planlaşdırdıq. Məqsəd də verilişin maraqlı alınması idi. Hətta verilişdə qonaq olan digər sənətçilərin belə bundan xəbəri olmadı. Onlar da təəccübləndilər.

İslam məni təqdim edərkən ard-arda “gəldim eee, gəldim” deyə təkrarladı. Mən də əvvəldən danışdığımız kimi guya incidim və dərhal studiyanı tərk etdim. Heç iki-üç dəqiqə keçməmiş özüm dərhal “gəldim eee, gəldim” deyib studiyaya qayıtdım. İslamla aramızda heç bir inciklik, umu-küsü olmayıb və yoxdur. Bu dediyim kimi əvvəlcədən qurduğumuz zarafatyana bir səhnəcik idi. Amma baxıram ki, bütün sosial şəbəkələrdə hamı mənim İslamla aramızda inciklik yaşadığımı yazır və efiri tərk etməyim müzakirə olunur. O verilişə sona qədər baxanlar bilir ki, belə bir şey olmayıb”.

Qeyd edək ki, Mikayıl Güləddinoğlu “Xəzər axşamı” verilişində qonaq olarkən həmkarı İslam Mehrəliyevlə aralarında yaşanan narazılıq və efiri tərk etməsini əks etdirən video yayılıb.

Cəvahir

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv