!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlahiyyat məscidinə qarşı ikili STANDART: FHN məsciddə ibadətə gələnləri istilərlə sınağa çəkir

!Reklam – Yazi

Bakıdakı İlahiyyat məscidi Fövqəladə Hallar Nazirliyinin (FHN) ikili standartı ilə üzləşib.

Yenicag.az xəbər verir ki, məsciddə istilər səbəbindən ibadətə gələnlər əlavə problemlər yaşayırlar.

Belə ki, məscidin ərazisində transformator quraşdırmağa icazə vermədiyindən bu ibadət obyektində kondinsionerlər işləmir. Bu da məsciddə həddindən artıq istidə ibadət edənlərin vəziyyətini çətinləşdirir.

Qeyd edək ki, bir zamanlar BDU-nun keçmiş rektoru Abel Məhərrəmov İlahiyyat məscidinə mənfi münasibəti ilə seçilirdi. İndi də ikili standartları Fövqəladə Hallar Nazirliyi sərgiləyir.

İlahiyyat məscidi Türkiyənin ölkəmizdə tikdiyi ibadət ocağı olduğunu nəzərə almalı olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov yayın istisində ibadət edənlərin vəziyyətini yüngülləşdirmək üçün gərəkli göstərişləri versə, məqsədəuyğun olar.

Allah Qurani-Kərimdə ibadəti insanlar üçün asanlaşdırdığını buyurur. Allahın bu hikmətinin əleyhinə gedərək, ibadət edənlərin vəziyyətini ağırlaşdırmaq FHN-nin nüfuzuna müsbət heç nə vermir, eyni zamanda, Allaha da xoş olmayan əməlin sərgilənməsi sayılır.

Ən azından Türkiyənin ölkəmizə münasibəti, Azərbaycan-Türkiyə qardaşlığı, həmçinin ibadət edənlərə qarşı savab əməl işləyərək, inanclı insanların dualarını almaq baxımından FHN İlahiyyat məscidində transformator quraşdırmasına icazə versə, yaxşı olar. Bu əməl həm Allaha xoş gedər, həm də ibadət edənlərə rahatlıq yaradar.

Yenicag.az yazıda qeyd edilən məlumatla bağlı Fövqəladə Hallar Nazirliyinin münasibətini dərc etməyə hazır olduğunu bildirir.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

959
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv