İlham Əliyev 3 ölkə səfirlərinin etimadnaməsini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib.

Yenicag.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev həmçinin avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Ebrahim Yusuf Al-Abdullanın və Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunan səfiri Kim Hen Cunun etimadnamələrini də qəbul edib.