İlham Əliyev başsağlığı verdi

media-hightechnic-468x90

151105_res_01Azərbaycan Prezidenti İlham Əliyev qatar qəzasına görə italiyalı həmkarı Sercio Mattarellaya və baş naziri Matteo Renziyə bağsağlığı verib.

Azərbaycan Prezidentinin İtaliyanın dövlət başçısına göndərdiyi başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ölkənizin cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Prezident İlham Əliyevin baş naziri Matteo Renziyə ünvanladığı məktubda isə bildirilib:

“Hörmətli cənab baş nazir, İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

media-ziraat-728x90

İlham Əliyev başsağlığı verdi

media-hightechnic-468x90

ilham eliyev df485Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya məxsus A320 təyyarəsinin qəzaya uğraması ilə bağlı Almaniya kansleri Angela Merkelə başsağlığı verib.

Yenicag.az-ın məlumatına görə, məktubda bildirilir:

“Hörmətli xanım Federal Kansler,

Germanwings şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Prezident İlham Əliyev həmçinin İspaniyanın Kralı VI Felipeyə də başsağlığı verib:

“Germanwings” şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600