İlham Əliyev büdcəni təsdiq etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında fərman imzalayıb.
Yenicag anspress-ə istinadən bildirir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib.