!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev fərman və sərəncam imzaladı

!Reklam – Yazi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Yenicag.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1452) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “8 990 947,2” və “11 392 336,5” rəqəmləri müvafiq olaraq “16 337 500,0” və “11 850 036,5” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-ci bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “6 571 387,3” rəqəmləri “11 765 793,3” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 2.2-ci bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “4 307,8” rəqəmləri “3 600,6” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 2.3-cü bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “23 590,0” rəqəmləri “15 323,3” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 2.4-cü bənddə “Gəlirlərin məbləği (min manat)” sütununda “1 590 905,4” rəqəmləri “3 752 026,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. “Gəlirlərin məbləği (min manat)” sütununun “Cəmi” sətrində “8 990 947,2” rəqəmləri “16 337 500,0” rəqəmləri ilə əvəz edilsin;

1.3. 3-cü hissə üzrə:

1.3.1. 3.1-ci bəndin “Xərclərin məbləği (min manat)” sütununda “11 280 000,0” rəqəmləri “11 737 700,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.2. “Xərclərin məbləği (min manat)” sütununun “Cəmi” sətrində “11 392 336,5” rəqəmləri “11 850 036,5” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası, gəlirlər 16 866 540,3 min manat, xərclər 7 988 335,2 min manat və ya Fondun 2022-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 106,8 faiz, xərclər üzrə 68,9 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:

Sıra №-si Göstəricilər Məbləğ

(min manatla)

Gəlirlər, cəmi: 16 866 540,3
o cümlədən:
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 19 698 890,7
2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri 5 578,3
3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 4 212,8
4. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir (zərər) (3 613 844,6)
5. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar 768 703,1
Xərclər, cəmi: 7 988 335,2
o cümlədən:
1. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə transfert 7 923 000,0
2. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi 15 236,3
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019– 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi 22 203,3
4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 27 895,6
COP29

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv