Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İlham Əliyev Mərakeş kralını təbrik etdi

62c15b7b52328e0427d3666c5be1f545Azərbaycan prezidenti İlham Əliyev Mərakeş kralı VI Məhəmmədi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, əziz qardaşım, Mərakeş Krallığının milli bayramı – Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətləri bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək əməkdaşlığımız üçün möhkəm zəmin olacaq. Bu əlamətdar gündə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

www.yenicag.az

229