!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev misirli həmkarını təbrik etdi

!Reklam – Yazi

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Zati-aliləri Əbdülfəttah əs-Sisiyə təbrik ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İnqilab Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Misir əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və firavanlıq arzulayıram”.

www.yenicag.az

1902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv