Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev Niderland kralını və CAR liderini təbrik edib

Reklam: Sinerji Pro

Azərbaycan prezidenti İlham Əliyev Niderland kralı Villem-Aleksandra məktub göndərib.

Yenicag.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

İ. Əliyev həmçinin Cənubi Afrika Respublikasının prezidenti Matamela Siril Ramafozanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram”.

Prezident İlham Əliyev həmçinin Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya da təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident, Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz və ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram”.

www.yenicag.az

1150
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100