!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Parisdə “Naval” qrupunun sədri ilə görüşdü

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb.

“Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə Azərbaycan Prezidentinə məlumat verib.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.

www.yenicag.az

1897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv