"İlham Əliyev regiona sülh gətirəcək lider kimi tarixə düşəcək" - Ərdoğan
“Keçmişdə Kiprdə, Qarabağda, Bosniyada və bu gün Qəzzada baş verən faciələr bizə sərhədlərimizdən kənarda düşünmək lazım olduğunu xatırladır”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən sammitində deyib.
“Türk dünyamız üçün strateji əhəmiyyət kəsb edən Qafqazda baş verənləri yaxından izləyirik. Azərbaycanın Ermənistanla sülh sazişi imzalamasına razılığından məmnunuq. Əgər iki ölkə arasında daimi sülh yarana bilsə, bu, şübhəsiz ki, türk dünyamız üçün çoxlu imkanlar gətirəcək. Bu məqamda əminəm ki, müzəffər prezident, əziz qardaşım İlham Əliyev regiona sülh gətirəcək lider kimi tarixə düşəcək”, – deyə Ərdoğan qeyd edib.