!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Romanın meri ilə görüşdü - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyev İtaliyaya dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu bildirib. Səfər çərçivəsində 25-dən çox sənədin imzalandığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. Bu strateji tərəfdaşlıq münasibətləri əlaqələrimizin bütün sahələrini əhatə edəcək.

Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüşlərin çox səmərəli olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr çox yüksək səviyyədədir. O cümlədən Azərbaycan ilə İtaliya arasında mədəni sahədə əməkdaşlıq və şəhərlərarası əlaqələr də inkişaf edir. 1972-ci ildə Bakı və Neapol qardaşlaşmış şəhərlər elan edilib. 2012-ci ildə Romanın Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bundan başqa, Roma şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq.

Azərbaycan Prezidenti vurğulayıb ki, Bakı və Roma arasında imzalanacaq bəyannamə şəhərlərimiz arasında əlaqələrin inkişafı üçün geniş imkan yaradacaq. Eyni zamanda digər şəhərlərimiz arasında da belə əməkdaşlıq əlaqələri var.

Xanım mer Vircinia Raggi Romada arxeoloji qazıntılara verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib və bunu yüksək qiymətləndirdiklərini deyib. O, Bakı və Roma şəhərləri arasında əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində və əzmində olduqlarını vurğulayıb. Mer, həmçinin vurğulayıb ki, 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan edilməsi ilə əlaqədar Roma şəhərində də çoxsaylı tədbirlər keçiriləcək.

Görüşdən sonra dövlət başçısı və Roma meri şəhərin qədim ərazisinin qalıqlarına baxıblar.

Dövlət başçısı Roma meriyasının Xatirə kitabına ürək sözlərini yazıb.

 

www.yenicag.az

1270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv