Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev və Ərdoğan Türkiyə millisinin oyununu izləyir - FOTO / YENİLƏNDİ 

20:17

“Avro-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.

Yenicag.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan oyuna baxıblar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) prezidenti Aleksander Çeferin ilə görüşüblər.

Oyun başa çatandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı yola salıblar.

www.yenicag.az

277
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100