!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev və Nikol Paşinyan mayın 9-da keçiriləcək qələbə paradında iştirak etməyəcək - Uşakov

!Reklam – Yazi

Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə də Kuba, Laos və Qvineya-Bisau kimi bir sıra ölkələrin prezidentləri mayın 9-da Rusiyaya səfər edəcək və Qələbə Paradında iştirak edəcəklər.

Yenicag.az xəbər verir ki, bu tədbirlə Rusiya Böyük Vətən Müharibəsində qələbənin 79-cu ildönümünü qeyd edəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dünən jurnalistlərlə keçirdiyi brifinqdə gələn qonaqlar barədə məlumat verib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etməyəcəklər.

Uşakovun sözlərinə görə, tədbirə MDB, İttifaq Dövləti, KTMT, Aİİ, Avrasiya İnkişaf Bankı, Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərləri və digər dost ölkələrin diplomatik missiyalarının və hərbi attaşelərinin nümayəndələri də dəvət olunub.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin paradda iştirak etməklə yanaşı, Kuba, Laos və Qvineya-Bisau liderləri ilə görüşlər keçirməyi planlaşdırır. Bundan əlavə, Laos prezidenti Thonqlun Sisulit Sankt-Peterburqa səfər edəcək və Dmitri Medvedevlə görüşəcək. Belarus prezidenti Aleksandr Lukaşenkonun mayın 8-də Rusiyaya işgüzar səfər və Qələbə Paradında iştirak edəcəyi, habelə Ali Avrasiya İqtisadi Şurasının sessiyasında iştirak edəcəyi də məlumdur.

Uşakovun qeyd etdiyi kimi, Avrasiya İqtisadi İttifaqına sədrlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan qurumun mayın 8-də Moskvada keçiriləcək yubiley sammitinə sədrlik edəcək.

Mənbə: “Sputnik Armenia”

Rafi Müslümov

COP29

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv