İlham Əliyev “Xocalı” abidəsini ziyarət edib

media-hightechnic-468x90

ea37b6773bd6826793b2930603273d22Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ziyarətə qatılıb

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

Prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan prezidenti ilə birgə abidəni ziyarət edib, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600