İlham Əliyevdən Meksika Birləşmiş Ştatlarının prezidentinə MƏKTUB

media-hightechnic-468x90

Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin müstəqilliyinin 200-cü ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600