Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu ünvanlayıb.
Yenicag.az xəbər verir ki, təbrik mətnində deyilir:
“Zati-aliləri,
San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.