!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlin rektoru” və “İlin universiteti”ni özünüz seçin – SORĞU BAŞLADI

!Reklam – Yazi

rektorrrrAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası daha bir maraqlı sorğuya start verdi. Budəfəki sorğu “İlin rektoru” və “İlin universiteti” nominasiyaları üzrə qaliblərin müəyyən edilməsi üçün keçirilir.

Bu barədə Saytımıza məlumat verən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov sorğunun sırf maarifləndirici xarakter daşıdığı qeyd etdi: “Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmək niyyətindəyik. Bu sorğuda əsas məqsədimiztəhsildə həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, təhsilimizə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki təhsil sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir.”

Sorğu QHT-nin rəsmi internet səhifəsi www.AzSlav.org saytında həyata keçirilir. Səsvermələrə dekbırın əvvəllərində dayandırılacaq və nəticələr açıqlanacaq. 1-ci yerdə qərarlaşan “İlin rektoru” nominasiyası üzrə, 2-ci yerdə qərarlaşan isə “İlin universiteti” nominasiyası üzrə qalib elan ediləcəkdir. Xatırladaq ki, ötən il “İlin rektoru” nominasiyası üzrə qalib Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva seçilmişdir.

DSC_5153

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv