İmamoğlu ilə Yavaşın namizədliyi təsdiqləndi

media-hightechnic-468x90

Türkiyədə gələn il keçiriləcək yerli seçkilərlə bağlı ana müxalifətin böyük şəhərlərə bələdiyyə sədrliyinə namizədləri bəlli olub.

Yenicag.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) Məclisinin qərarı ilə İstanbul və Ankaranın hazırkı bələdiyyə sədrləri yenidən namizəd göstəriliblər.

Belə ki, İstanbulda Əkrəm İmamoğlu, Ankarada isə Mansur Yavaş yenidən bələdiyyə sədri olmaq üçün yarışacaqlar.

Ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə hələlik böyük şəhərlərdə kimləri nəmizəd göstərəcəyini açıqlamasa da, İstanbul üçün ən çox adı çəkilən şəxs keçmiş ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Qurumdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600