!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İmişli rayonunda Dövlət Xidməti yaradılmasının yubileyinə həsr olunmuş tədbir keçirilib

!Reklam – Yazi

13.02.2017-ci il tarixdə İmişli rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev , hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi Rayon İcra Başçısı Vilyam Hacıyev və İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivi tərəfindən ziyarət edilərək önünə gül dəstələri qoyuldu.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kolektivini, Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə təbrik edərək Azərbaycan ordusunun qısa dövürdə öz peşəkarlığını artırmasından, eyni zamanda Prezident İlham Əliyevin gərgin əmyi və səyi nəticəsində ordumuzun beynəlxalq satandartlara cavab verən lazimi hərbi texnika ,hərbi avadanlıqlar və müasir silah-sursatla təmin edilməsindən,yaxın gələcəkdə işğal altında olan torpaqlarımızın sülh və ya hərbi yolla geri qaytarılacağına əmin olduğunu bildirdi.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik leytenant Qulu Əsədov öz çıxışında: Ölkə Prezidentinin 13 fevral 2012 ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə sturukturlarının təkminləşdirilməsi,onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Müdafiyə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komisarlıqları ləğv edilmiş,onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yardılmışdır.Xidmət yaradılan gündən ötən 5 il müdətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər ğörmüşdür. İmişlidə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətini Prezidentin fərman və sərəncamları, SHXÇDX haqqında Əsasnamə və xidmət fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlarını əlində rəhbər tutmaqla üzərinə düşən öhdəlikləri yüksək peşəkarlıqla həyata keçirmələrindən danışdı.

Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik leyeinant Q.Əsədovu və Xidmətin fəaliyyətində peşkarlığı ilə seçilən bir neçə əməkdaşına Fəxri fərmanlar vermişdir.

Yeniçağ.az

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv