İmişlidə avtomobil piyadanı vuraraq öldürdü

media-hightechnic-468x90

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 94-cü kilometrliyində rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Polad Nofərov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən, yolu keçmək istəyən Kamran Musayevi vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600