!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İmkansız bələdiyyələrin borcları silinsin" - Arif Rəhimzadə

!Reklam – Yazi

“Bələdiyyələr üçün verilən subvensiyaların həcmi artırılsın”

Yenicag.az xəbər verir ki, bu sözləri millət vəkili Arif Rəhimzadə bu gün Milli Məclisin plenar iclasında büdcə müzakirələrində deyib.

Arif Rəhimzadənin sözlərinə görə, yerli idarəetmə orqanları onlara ayrılan dovlət vəsaitindən səmərəli istifadə etməlidir:
“Mən komitədəki müzakirələrdə də bildirdim və yenə təkrar edirəm ki, bələdiyyələrə ayrılan dotasiyaların yox, subvensiyaların həcmi artırılmalıdır. Büdcə layihəsində bələdiyyələrə 5.2 milyon manat dotasiya, 500 min manat subvensiya ayrılır. Dotasiya elə bir şeydir ki, onu bələdiyyələr xərcləyir və buna görə onlardan hesabat da istənilmir. Subvensiyalar isə konkret layihələr üçün ayrılır. Ona görə də hesab edirəm ki, bələdiyyələrə ayrılan subvensiyaların həcmi artırılmalıdır.

Bir çox bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcu səbəbindən hətta bank hesabları da işləmir. Ona görə də hesab edirəm ki, bələdiyyələrə ayrılan dotasiya imkansız bələdiyyələrin borclarının silinməsi üçün yönləndirilməlidir”.

A. Zeynalov

www.yenicag.az

3774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv