!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnanılmaz CAHİLLİK: Oğlunu “Allah yolunda” qurban kəsdi: “Gecə yuxuda dedilər ki...”

!Reklam – Yazi

Türkiyənin Zonquldak bölgəsində cəhalətdən qaynaqlanan daha bir qandonduran olay yaşanıb.

Yenicag.az xəbər verir ki, Zonquldakın Çaycümə rayonunda yaşayan Yusif A. oğlunu “Allah yolunda qurban” edib.

Qəssabdan aldığı bıçaqla oğlunu meşəyə aparan Yusif A. burada onun boynunu kəsib, daha sonra oğlunun öldüyünü zənn edərək polisə təslim olub.

Hadisə yerinə gələn polislər 16 yaşlı oğlanın qanlar içindəki bədəni ilə rastlaşıb. Xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Polisə verdiyi izahatında bu addımı atmamışdan bir gün əvvəl intihar etdiyini söyləyən Yusif A. kəmərin qırılması ilə bu cəhdinin baş tutmadığını, gecə yuxuda ona oğlunu Allah yolunda qurban verilməsinin əmr edildiyini deyib.

Ən dəhşətlisi isə budur ki, cani ata etdiyi hərəkətdən peşman olmadığını söyləyib.

“Peşman deyiləm. Oğlumu Allah yoluna qurban vermişəm”, – deyə o bildirib.

www.yenicag.az

1724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv