İnanılmaz oğurluq – Tunel qazaraq bankdan külli miqdarda pulu ələ keçirdilər- FOTO

Hindistan Dövlət Bankının Bhautidəki filialından 120 min dollar oğurlanıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, cinayətkarlar üç metrlik tunel qazaraq oradan 120 min dollarlıq qızıl və nağd pul aparıblar.

Oğrular “işə başlamadan” öncə təhlükəsizlik siqnalını söndürüb, videomüşahidə kamerasını istiqamətini dəyişiblər.

Cinayətkarların bank işçisi olma ehtimalı da araşdırılır.