İncəsənət muzeyinə dəyərli hədiyyə-FOTO

media-hightechnic-468x90

307682Amerikalı mesenat Cerri Perençio Los-Anceles incəsənət muzeyinə (Los Angeles County Museum of Art) impressionistlərin 500 milyon dollar məbləğində qiymətləndirilən 47 sənət əsərini bağışlamaq barədə qərarını açıqlayıb.

media-banner_tkm

Muzey rəhbərliyi bu kolleksiyada Klod Mone, Edqar Deqa, Eduard Mane, Pablo Pikasso və Kamilya Pissarro kimi məşhur sənətkarların əsərlərinin olduğunu bildirib. 83 yaşlı C.Perençio Los-Ancelesdə 70 il yaşadığını və ailəsinin şəhərə edilən bu hədiyyə görə qürur duyduğunu qeyd edib.

Mesenatın vəsiyyətinə əsasən, Los-Ancelesin Bel-Eyr rayonundakı malikanəsində saxlanılan rəsm əsərləri və heykəllərdən ibarət kolleksiya onun ölümündən sonra muzeyə təmənnasız olaraq veriləcək. Bunun üçün C.Perençio rəhbərlik qarşısında muzeyin 2023-cü ilə planlaşdırılan yeni binasının tikintisini başa çatdırmaq tələbini qoyub.

Qeyd edək ki, Perençio karyerasına Hollivudda istedadlı aktyorları üzə çıxarmaqla məşğul olan agent kimi başlayıb. Sonradan ABŞ-da ən iri ispan dilli Univision kompaniyasının ortaqlarından biri olub. Hazırda onun kompaniyadakı 16 faizlik payı 1,3 milyard dollar həcmində qiymətləndirilir.(buro272.az)

 

307682_1

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05