İncildə erməni saxtakarlığı-Fotolar

media-hightechnic-468x90

incil xerite 544Elxan Mirhəşimli: “Azərbaycan, Türkiyə, hətta Gürcüstan torpaqlarını qədim erməni torpaqları kimi qeyd etdiriblər”

Hollandiyada ermənilərin kilsə vasitəsilə Azərbaycana qarşı necə hiyləgər təbliğat apardığını yazmışdıq. Bu ölkədə fəaliyyət göstərən Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli kilsədə daha bir erməni saxtakarlığını aşkarlayıb. Qeyd edək ki, Hollandlar, eləcə də avropalılar kilsə nəşrlərinə fərqli yanaşırlar və orada nəşr edilən kitablardakı bütün yazıları həqiqət kimi qəbul edirlər. Ermənilər də bunu anlayaraq kilsələrdə uzun illər ərzində ciddi fəaliyyət göstəriblər. Bu məsələlərlə bağlı BayMedia.az-a eksklüziv müsahibəsində Elxan Mirhəşimli maraqlı faktlar açıqladı…

Qeyd edək ki, Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mİrhəşimli Diaspor Jurnalistləri Birliyi ilə birgə keçirdiyi “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi çərçivəsində hollnad kilsələrində araşdırma aparır.

– Hollandiyada kilsələdə apardığım araşdırmalar nəticəsində, xristianların müqəddəs kitabı olan İncildə (Bibliyada) erməni saxtakarlığı ilə üzləşdim. Ermənilər ustalıqla Hollandiyada dini kitablara əlavə etdikləri xəritələrdə Azərbaycan, Türkiyə, hətta Gürcüstan torpaqlarını qədim erməni torpaqları kimi qeyd etdiriblər. Kitabın giriş hissəsində və sonunda atlas formasında xəritələr çəkiblər. Kitabı açıb oxuyanda da ilk səhifədə atlas qoyulub xəritədə Azərbaycan torpaqları da Ermənistan ərazii kimi təqdim edilib. Kitabın sonunda da Azərbaycan torpqları qədim Ermənistan ərazisi kimi verilib. Bu kitabı oxuyan mütləq bu xəritə ilə maraqlanır, orada yazılanları oxuyur. Xəritədə həmçinin xristianlığın yayıldığı ölkələr göstərilir, Azərbaycan da Ermənistan kimi təqdim olunur. Məlimdur ki, Alban kilsələri vasitəsilə də xristianlıq yayılıbvə bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Bununla da ermənilər torpaqlarımızı öz adlarına çıxır və tarixi saxtalaşıdırırlar. Kitabda qeyd olunub ki, qədim Babil, Persiya,Yunan, Roma imperiyaları dövründə belə Ermənistan adlı dövlət olub, müəyyən dövrlərdə adı çəkilən imperiyaların işğalı nəticəsində bu imperiya dövlətlərinin tərkibində məcburən öz tarixi dini mədəniyətlərini qoruyub saxlayıblar. Mən etirazımı müəyyən təşkilatlara yazılı və şifahi surətdə bildirdim. Mənə bildirdilər ki, bu kitablar artiq 20-25 ildir Hollandiyada çap olunur və bütün dini xristian təşkilatlar bu kitabları oxuyub holland ictimayətini də maarifləndirirlər.

– Belə çıxır ki, biz, avropalılarla daha sıx işləyə bilmirik?

– Məndə belə şübyə oyandı ki, Hollandiyada fəaliyət göstərən 20 illik diaspoa təşkilatlarımız bəs bu müddət ərzində nə ilə məşğul olublar. Onu da xatirlatmalıyam ki, diaspor təşkilatlarımızın vəzifəsi yalnız Hollandiyada yaşayan türk toplumunu maarifləndirmək deyil, həmçinin holland ictimayyətini də maarifləndirməkdir. Bunun üçün də diaspora təşkilatlarında daha çox Azərbaycanın tarixini, mədəniyyətini dərindən bilən insanlar lazımdır. Azərbaycanın mədəniyyətindən tarixindən xəbəri olmayanlar orta məktəb bitirib təşkilat açıb rəhbərlik edənlər Avropada, Hollandiyada bu cür təxribatların qarşısını necə alacaq?
Mən bu mənzərəylə tanış olduqdan sonra avropalıların Azərbaycana qarşı ikili standartlardan çıxış etməsinin daha bir səbəbini anladım. Bizim təkcə “Qarabağ bizimdir”, “ermənilər Xocalı soyqırımını törədiblər” söyləməyimiz kifayət etmir. Artiq Hollandiyaya gələnlərin 3-cü nəsli yetişir, ermənilərin övladları bu kitabları oxumaqla böyüyüblər, bizim 3 nəsil isə yalnız yazdıqlarımızı özümüzə göstərməklə türk toplumunu maarifləndirməklə özümüzü reklam etməklə məşğuldur.

– Hollandlar bu yazılanlara inanırlarmı?

– Mən burada xristian təşkilatlarla bu haqda söhbət etdim. Onlar bildirdilər ki, müqəddəs kitabda, İncildə yazılanlar (Kitabın girişində və sonunda qeyd olunan erməni saxtakarlığı-Ə.Z) onlar üçün birmənalı həqiqət kimi qəbul olunur. Onlar bu məlumatlara daha çox inanırlar. Ona görə də avropalılar özlərini xristian erməniləri ikinci müsəlman-türk “soyqırımı”ndan qorumağa borclu hesab edirlər.

– Maraqlıdır indiyə qədər bu məsələ niyə Azərbaycan diasporunun diqqətini çəkməyib?

– Diaspor təşkilatlarımız 25 il bundan öncə ba.lamış Qarabağ problemi, eyni zamanda 1992-ci ildə törədilən Xocalı soyqırımı haqqında məlumat verərək haqq səsimizi avropalılara çatdırmaq istəyir. Amma ermənilər kilsələrin yardımı ilə 25 il ərzində daha da irəli gedərək bu torpaqların 2500-3000 ildən bu yana əzəli erməni torpaqları olduğunu bildirirlər. Onlar bu saxta məlumatları yayaraq bizləri işğalçı kimi qələmə veriblər.

– Deməli avropalılar hələ də erməni “məzlumluğu”na inanırlar…

– Bu məlumatları oxuyan avropalılar əllərində faktların olduğunu söyləyərək ermənilərin yalanlarına şahidlik edirlər. Mən bu haqda yazıb etiraz edirəm… Amma buna baxmayaraq bu, çox çətin bir prosesdir, nəticə əldə etmək asan deyil. Biz, çox gecikmişik. Mən bunların qarşısını almaqda acizəm. Bu kitabları yığışdırmaq indi çox gecdir. 25 il bundan qabaq bunların qarşısını almaq lazım idi. Bacardığım qədər bu təbliğatın qarşısını almağa cəhd göstərəcəyəm. Amma bu, təkcə mənim gücüm səviyyəsində həll olunası məsələ deyil. Bu mövzu artıq ümummilli məsələdir, hər kəs yardımını əsirgəməməlidir. Çünki bu, Azərbaycan üçün mənfi tendensiyadır. Bu mövzuda araşdırmalarımı davam etdirirəmƏli Zülfüqaroğlu/baymedia.

photoslide_title

photoslide_title

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600