“İndiki rus siyasi elitası müharibə ilə hakimiyyətini qoruyur” - Gela Vasadzedən ÖZƏL AÇIQLAMA

media-hightechnic-468x90

“Putin elitlər arasında münaqişə və ölkədəki qeyri-sabitlik riski ilə üzləşmək istəmir”.

Bunu gürcü siyasi şərhçi, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun siyasi müşaviri Gela Vasadze Yenicag.az-a açıqlamasında deyib.media-gela-vasadze

G. Vasadze bildirib ki, müharibə indiki siyasi elitanın hakimiyyətini qorumaq üçün çox rahat vasitəyə çevrilib:

“Rus məmurları üçün bu heç bir əhəmiyyət daşımır, çünki burada hər şeyi bir nəfər qərarlaşdırır və o, müharibəni dayandırmayacaq. Müharibə indiki siyasi elitanın hakimiyyətini qorumaq üçün çox rahat bir vasitəyə çevrilib və bununla da böyük mənfəətlər qazanmağa imkan verir. Diş pastasını qutusuna geri qaytarmaq artıq mümkün deyil. Putin elitlər arasında münaqişə və ölkədəki qeyri-sabitlik riski ilə üzləşmək istəmir. Vaşinqton bunun fərqindədir? Əlbəttə, fərqindədir. Ankoricdən sonra bu cür təkliflər sadəcə ritual xarakter daşıyır, yəni “biz sizi xəbərdar etdik, amma siz dinləməmisiniz”.

Ekspert Noyabrın 21-dən etibarən “Lukoyl” və “Rosneft”lə bağlı sanksiyalarla bağlı istisnalar ola biləcəyini deyib:

”Rosneft” və “Lukoyl”a sanksiyalar tətbiq olunacağına şübhə yoxdur. Amma hər qaydada istisnalar var. Hazırda KTK və “Lukoyl”ın Bolqarıstandakı fəaliyyətində belə istisnaları görürük. Əsas odur ki, bu istisnalar çox olmasın. Çünki o zaman yaşananlar istisna sayılmır”.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa