!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İndoneziyada daşqınlar 63 can aldı

!Reklam – Yazi

İndoneziyanın şərqində yerləşən Papua əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə axtarış-xilasetmə xidmətinin nümayəndələri məlumat yayıb. Əvvəllər 40 nəfərin həlak olduğu, 21 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Qeyd edilir ki, daşqınlar Cayapura rayonuna da çatıb. Xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Martın 16-da güclü yağışlar əyalətin şimal-şərq hissəsini ağuşuna alıb. Nəticədə ondan artıq evin, iki körpünün dağılması barədə məlumat yayılıb. Hazırda evləri dağılan 120 sakinin hökumət binalarına köçürüldüyü bildirilir. Hazırda su çəkilsə də, axtarış-xilasetmə komandası daşqınlardan zəzərçəkən bütün rayonlara çata bilməyib.

www.yenicag.az

4568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv