İnformasiya müharibəsi: Zelenskinin şəkilləri montajdır? - AÇIQLAMA / FOTO

media-hightechnic-468x90

“İnformasiya qarşıdurmasında bu adi hal hesab edilməlidir”.

Bunu sosial şəbəkələrdə yayılmış Ukrayna Prezidenti Vladimir Zelenskinin şəkillərinin montaj olması iddialarına aydınlıq gətirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ukraynanın informasiya müharibəsində mövqeləri kifayət qədər güclüdür:

“Rusiyanın informasiya müharibəsində bütün cəbhələrdə uduzduğunu etiraf etmək lazımdır. Zelenskinin hansısa bir şəkli montaj ola bilər. Təbliğat-təşviqatda, informasiya qarşıdurmasında bu adi hal hesab edilməlidir.

Montajlanmış görüntülərdən yalnız Ukrayna deyil, Rusiyanın da istifadə etdiyini düşünürəm. Zelenski Rusiyanın aqressiv siyasətinə rəğmən sona qədər mübarizə aparır. Bu təqdirediləsi şücaətdir. Tənqid edilməli məsələ müharibəyə aparan siyasətin yürüdülməsidir. İstənilən halda Vladimir Zelenski uğurlu lider kimi Ukraynanı tərk etmir”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600