İngilis səfir məşhur hakimimizi XATIRLATDI: "Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" - FOTO 

media-hightechnic-468x90

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp sosial şəbəkə paylaşımı ilə diqqətləri üzərinə cəlb edib.

Yenicag.az xəbər verir ki, Ceyms Şarp “Twitter” hesabından 1966-cı il futbol üzrə dünya çempionatının İngiltərə ilə Almaniya arasında keçirilmiş final oyununun yan xətt hakimi Tofiq Bəhramovla bağlı paylaşım edib.

İngilis səfir paylaşımında Bəhramovun hakimlik məharətinə diqqəti yönəldərək, “İngiltərə-Almaniya matçını izləməyi səbirsizliklə gözləyirəm. Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!” – deyə yazıb.

Qeyd edək ki, həmin oyunda Bəhramov inglis hücumçunun tirə dəyib qapı xəttini keçən zərbəsini qol kimi qiymətləndirərək matçın taleyini müəyyənləşdirmişdi. Həmin epizodla bağlı mübahisələr indiyədək davam etsə də, əksəriyyət Bəhramovun qərarının doğru olduğunu düşünür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600