!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İngiltərə Rusiyanın işğal planını açıqladı

!Reklam – Yazi

Rusiyanın Ukraynaya müdaxilə planının təfərrüatı açıqlanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirlikdən verilən açıqlamada, Rusiya ordusunun taktiki irəliləyişlər əldə etmək üçün Donetsk vilayətində Baxmutu mühasirəyə alma ehtimalının olduğu bildirilib.

Rus ordusunun bu yolla irəliləyiş əldə edəcəyi bildirilərkən, İngiltərə rəsmiləri gündəlik kəşfiyyat brifinqində Rusiyanın bu nöqtəni ələ keçirməsinin müharibənin gedişatına da təsir edə biləcəyini qeyd edib.

İngiltərə müdafiə nazirliyindən bildirilib ki, Baxmutun tutulması Rusiyanın siyasi məqsədləri ilə yanaşı, simvolik mənası ilə də üst-üstə düşür. Bu yeri tutmaq Kramtorsk və Sloviansk vilayətlərini də təhdid edə bilər.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv