İngiltərə saytı “Bakı-2015”dən yazıb-Fotolar

media-hightechnic-468x90

unnamedDiaspor Jurnalistləri Birliyi İlk Avropa Oyunlarının xarici KİV-lərdə təbliğini davam etdirir. DJB təmsilçiləri Fuad Hüseynzdə və Rəşad Bədirlinin həmmüəllifliyi ilə İngiltərənin “cyprusscene.com” saytında “Azərbaycanda ilk Avropa Oyunlarının sevinci ” başlıqlı yazı verilib. Saytda həmçinin “Bakı-2015”lə bağlı iki videoçarx yerləşdirilib. Məqalədə vurğulanır ki, Böyük Britaniyanın 153 idmançısı 13 fərqli idman növündə “Bakı-2015” Avropa Oyunlarında mübarizə aparacaqlar.

Yazıda I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük nailiyyət olduğu bildirilir: “Bu qərara imza atanlar yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub”.

Məqalədə ilk Avropa Oyunlarına hazırlıq işlərindən danışılır, Oyunlarının keçiriləcəyi idman qurğularının dünya standartlarına cavab verdiyi qeyd olunur: “İlk Avropa Oyunları üçün Bakıda Qafqazda 65 000 tutumlu ən böyük Olimpiya stadionu tikilib. Azərbaycan özünə güvənir və bu idman yarışına dostluq, birlik tədbiri kimi yanaşır. Məhz buna görədir ki, Azərbaycan ev sahibi olaraq I Avropa Oyunlarına qatılacaq hər bir idmançının maliyyə xərclərini öz üzərinə götürüb”.

Yazıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Almaniyanın Kann şəhərində “Bakı-Avropa Oyunları – 2015″in təntənəli təqdimatı zamanı çıxışından sitat verilib: “Bu vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

Yazıda Azərbaycanın bütün bölgələrində, ən çox da paytaxtda və onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqunun artdığı bildirilir. Həmçinin yazıda bu istiqamətdə ilk olaraq Bakının Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinin keçirildiyi qeyd olunur: “Layihənin həyata keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. Artıq layihə çərçivəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilib. Əhali arasında maariflənmə aksiyaları, müsabiqələr təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb. Maraqlıdır ki, hər bir rayon sakini bu ictimai faydalı işə öz töhfəsini verməyə çalışır”.

Yazıda aprelin 26-da Prezident İlham Əliyevin Atəşgahda “Bakı-2015” ilk Avropa Oyunları məşəlini alovlandırması mərasimi haqqında da məlumat verilir.

Yazını aşağıdakı linkdən izləmək olar:
cyprusscene.com/2015/04/29/the-delight-of-the-1st-european-games-in-azerbaijan/

11348652_10202947089038664_1371416268_o.jpg görüntüleniyor

11420101_10202947089358672_2046559824_o.jpg görüntüleniyor

11420385_10202947084958562_975648032_o.jpg görüntüleniyor

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600