Burkina Fasoda prezident Blaeyse Kompaore 27 ildir ki, iqtidardadır. Ancaq o, gələn il yenidən prezident seçilmək arzusuna düşmüşdü. Yerli parlament prezidentə belə bir haqqın tanınması üçün ölkə konstitusiyasına dəyişikliyə səs verib. Bundan qəzəblənmiş xalq isə parlamentə od vurub. Hazırda ölkə bütövlükdə od içindədir.
görə, Agentliyin məlumatına görə, şəhər valisinin binası və hakim partiyanın qərargahı da od içindədir. Böyük bir kütlə prezident sarayına tərəf yeriyir. Ölkənin hava limanı qapadılıb.
Üsyana qalxan insanlardan 5 nəfəri öldürülüb. Parlamentə hücum edən xalqa hərbçilər atəş açıblar.
Agentlik onu da bildirir ki, onlarla hərbçi üsyançılara qoşulub. Keçmiş müdafiə naziri Kouame Lougue də onların arasındadır.
Ölkənin əsas müxalif partiyasının lideri Zefirin Diabre hərbçiləri xalqa qoşulmağa çağırıb. Ölkənin dövlət TV-si də qapanıb. Televiziyanın binası isə üsyançıların əlindədir. Prezidentin harada olması bəlli deyil.
Hazırkı prezident 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. Ondan sonra mübahisəli hesab olunan dörd seçkidə prezident seçilib.
Şahidlər BBC-yə bildiriblər ki, iki deputatın evi od içindədir. Daha iki-üç villaya da od vurulur. Şəhərin ən bahalı hoteli də yanır. Havada iki helikopter uçur. Həmin helikopterlərdən biri prezidentə məxsusdur. Digəri isə onu müşayiət edir.
Heç kim bilmir ki, bir azdan nə olacaq. Ölkə xaosun və üsyanın içindədir. Atəş səsləri eşidilir. (musavat.com)
Müxalifət ölkədə baş verənləri “Ərəb Baharı” ilə müqayisə edir.
www.yenicag.az