İntensiv yağış yağacaq – Növbəti xəbərdarlıq

media-hightechnic-468x90

yaqi_cet3Azərbaycan sinoptikləri hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 11-i gün ərzində, 12-si gecə və səhər Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu tədricən 4°-dək aşağı enəcək.

İyulun 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi iyulun 11-12-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05