İnterpol əməkdaşı güllələnib

media-hightechnic-468x90

İnterpol əməkdaşlarının olduğu avtomobilə iki naməlum şəxs atəş açıb

Gürcüstan paytaxtı Tbilisinin Şatberaşvili küçəsində İnterpol əməkdaşlarının olduğu avtomobil atəşə tutulub.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, avtomobilə iki naməlum şəxs atəş açıb. İnterpol əməkdaşlarından biri yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl beynəlxalq hüquq-mühafizə təşkilatının gürcüstanlı əməkdaşlarının Batumi hava limanında ABŞ vətəndaşını saxladığı bildirilib. ABŞ vətəndaşı Özbəkistanın tələbi ilə terror fəaliyyətində ittiham edilməklə beynəlxalq axtarışda olub.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600