İntihar etmək istəyən şəxs belə xilas edildi-Video

303443_465246Şəmkir rayon sakini Gəncənin mərkəzində yeni tikilməkdə olan binanın 8-ci mərtəbəsinə çıxaraq intihara cəhd edib.

Tamerlan Ələsgərov özünü 8-ci mərtəbədən atmaq istəyib. Hadisə yerinə FHN-in və Gəncə şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Aparılan danışıqlar nəticəsində Tamerlan Ələsgərovu fikrindən daşındırmaq mümkün olub.

İntihar cəhdinin səbəbləri araşdırılır(APA TV).