!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

!Reklam – Yazi

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Amerikanın sənaye və əmək bazarına dair proqnozların yüksəlməsi, gəlirliliyin azalması ehtimalları fonunda EURUSD ucuzlaşmağa başlayıb. Beləliklə, avro 1.21$-ın altında qaldıqda 1.19$-a kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.

GBP.

AB ilə İngiltərə arasında iqtisadi risklərin artması, GBPUSD məzənnəsinin də ucuzlaşmasına səbəb olur. Burada isə təhlillərə əsasən, 1.40$-ın altında qalan funt sterlinqin 1.37$-a kimi ucuzlaşa bilər.

TRY.

TCMB-nin növbəti dəyişməz faiz qərarından sonra USDTRY məzənnəsi 7.48TL-ə kimi bahalaşıb. Hazırda korreksiya edən məzənnə, yenidən 7.42TL-nin üzərində möhkəmlənərsə, 7.64TL-yə kimi də bahalaşa bilər.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 11:00-da dərc ediləcək Türkiyədən inflyasiya göstəriciləri də investorların diqqət mərkəzindədir.

OIL.

Qlobal enerji bazarlarında təklifin artması proqnozları, Avropanın Brent neftinin bir barel qiymətinin 64$-a kimi korreksiyasına səbəb olmuşdur və 66$ ilə aralıqda ticarət ediləcəyi proqnozlaşdırılır.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Qlobal iqtisadi risklərin azalması və inkişaf proqnozlarının artması, əlvan metallar bazarlarında güvənli liman sərmayə aləti kimi qızıla olan tələbi də azaltmışdır. Təhlillərə əsasən, bir unsiya üzrə qiymət 1730$-ın (55.6 $/qram) qırılması ilə 1660$-a (53.4 $/qram) kimi dəyər itirə bilər.

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv