İqtisadi Şurada 2026-cı il dövlət büdcəsi və Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunub

media-hightechnic-468x90

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən xəbər verilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları”nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa