İqtisadiyyat Nazirliyi material və avadanlıqlara xidmət üçün tender keçirir

İqtisadiyyat Nazirliyi dəftərxana ləvazimatları, təsərrüfat malları, işlək materiallar və avadanlıqlara xidmət işlərinin satın alınması məqsədilə açıq tender elan edib.

Yeniçağ.Az  xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Tender 4 lot üzrə keçirilir, iştirak haqqı isə 100 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri aprelin 7-i saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə aprelin 17-i saat 17:00-a qədər İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,84, Hökumət Evi) təqdim etməlidirlər.

İddiaçıların təklif zərfləri aprelin 18-i saat 12:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Yeniçağ.Az