İrakli Qaribaşvili əhalini sakitliyə çağırdı

media-hightechnic-468x90

“Əhali sakit olmalıdır, bizim üçün heç bir təhlükə yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

O bildirib ki, mövcud çağırışlara və təxribatlara baxmayaraq, hakim komanda ölkədə əmin-amanlığı qoruyacaq: “Biz vətəndaşlarımız üçün ölkədə sülhü, təhlükəsizliyi və sabitliyi qoruyub saxlayacağıq. Əhali sakit olmalıdır, heç bir təhlükə yoxdur. Biz ölkəni sakit şəkildə qurmağa davam etməliyik”.

Baş nazir həmçinin qeyd edib ki, bölgədə çağırışlara baxmayaraq, yüksək iqtisadi artımı saxlamaq üçün birgə fəaliyyət tələb olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600