İran-ABŞ gərginliyi: Azərbaycan iqtisadiyyatı necə təsirlənəcək?

media-hightechnic-468x90

“İran və ABŞ arasında müharibə başlasa, bunun regiona iqtisadi təsiri hərbi əməliyyatların nə qədər davam etməsindən asılı olacaq.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

media-img_3502

İqtisadçı mümkün İran – ABŞ müharibəsinin iqtisadi fəsadları haqqında danışarkən bir neçə məqamı vurğulayıb:

“İran – ABŞ müharibəsinin Mərkəzi Asiya, Qafqaz və Azərbaycan daxil olmaqla, bütün bölgəyə təsiri müharibənin müddətindən və hansı mərhələyə qədər dərinləşməsindən asılıdır. Burada bir neçə ssenari mövcuddur. Məsələn, qısamüddətli əməliyyatla İranın hədəf alınması və müəyyən dəyişikliklərə nail olunması sadəcə bir ssenaridir. Əgər müharibə bir neçə gün davam edərsə, bunun bölgəmizə və Azərbaycana ciddi təsir göstərəcəyini düşünmürəm; biz buna bənzər vəziyyəti 12 günlük müharibə zamanı da gördük.

Lakin müharibə uzunmüddətli xarakter alsa, İran daxilində qeyri-sabitliyə və vətəndaş qarşıdurmasına səbəb olsa, bu, regionumuz üçün daha ağır, genişmiqyaslı bir “Suriya effekti” yarada bilər. Belə olan halda həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahələrində ciddi problemlər yaşanar.

Xalis iqtisadi nöqteyi-nəzərdən yanaşdıqda isə, bu müharibənin Azərbaycana birbaşa ticarət təsiri çox az olacaq. Belə ki, İranla ticarət dövriyyəmiz böyük deyil cəmi 500 milyon dollar təşkil edir. Bunun təxminən 450 milyon dolları İranın Azərbaycana ixracı, bizim ora satdığımız məhsulların həcmi isə cəmi 50 milyon dollardır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05