!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran-Azərbaycan sərhədində yeni keçid məntəqəsi açılacaq - Nazir

!Reklam – Yazi

İran-Azərbaycan sərhədində yeni keçid məntəqəsi açılacaq.

Yenicag.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının rəhbəri kimi Bakıya səfər edən yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş danışıb.

Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsi Ağbənddə (Azərbaycanın Zəngilan rayonu – red.) qurulacaq.

M. Bəzrpaş bildirib: “Birgə komissiyanın bu yaxınlarda Astara şəhərində keçirdiyi iclasda razılaşmalar təsdiqlənib. Azərbaycana səfər zamanı İran heyəti sərhədyanı əraziyə baş çəkəcək.

Ağbəndlə bağlı layihənin podratçısı təyin olunub və bu layihədə Azərbaycan körpünün, İran yolun tikintisinə cavabdehdir. Körpünün və dəmir yolu xəttinin tikintisi Azərbaycanın sərmayəsi ilə həyata keçiriləcək”.

Yol naziri İran və Azərbaycanın sərhəd bölgəsində müştərək şəkildə 2 iki bənd inşa etməsinə də toxunub: “Bəndlərdən birinin icrası başa çatıb, ikinci bənddə isə işlər yekunlaşmaq üzrədir”.

O əlavə edib: “Azərbaycan Prezidenti ilə keçirəcəyimiz görüşdə İbrahim Rəisinin mesajını çatdıracağam. Bu, iki ölkə arasında münasibətləri yaxşılaşdıracaq. Ötən illərdə iki ölkənin ticarət dövriyyəsinin kəmiyyəti azalıb, o, yenidən yüksəldilməlidir və bu əlaqələrin böyük bir hissəsi nəqliyyat və tranzitlə bağlı olduğundan bu sahədə müsbət razılaşmaya ehtiyac var”.

COP29

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv