İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyada İslam Dövləti yaraqlılarının mövqelərinə silsilə zərbələr endirib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrinin sözlərinə görə, mühafizəçilər ballistik raketlərlə komandirlərin toplaşdıqları yerləri müəyyənləşdirib və məhv ediblər. Bu aksiyalar yanvarın əvvəlində İranın Kirman şəhərində törədilən terror aktlarına cavab adlandırılıb.
Yanvarın 3-də axşam İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin xatirəsinə yas mərasimləri zamanı iki partlayış baş verib. Nəticədə 103 ölüb. Onların arasında polis əməkdaşları və Qızıl Aypara işçiləri də var. 200-ə yaxın vətəndaş xəsarət alıb. Generalın dəfn olunduğu Kirman əyalətinin səlahiyyətliləri hadisəni terror aktı adlandırıb. İran Daxili İşlər Nazirliyi bunun “xalqa qarşı kor-koranə cinayət” olduğunu və qəti cavab veriləcəyini bildirib. /unikal
www.yenicag.az