İran E3-ün BMT sanksiyalarının bərpası ilə bağlı qərarına cavab verəcəyinə söz verib

media-hightechnic-468x90

İran Fransa, Böyük Britaniya və Almaniyanın (Avropa üçlüyü və ya E3) indi faktiki olaraq mövcud olmayan 2015-ci ilin nüvə sazişi çərçivəsində BMT sanksiyalarının yenidən tətbiqi mexanizmini işə salmaq qərarına müvafiq cavab verəcək.

Yenicag.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi E3 ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığında deyib.

“İran öz milli hüquq və maraqlarını qorumaq və təmin etmək üçün Avropa ölkələrinin bu qanunsuz və əsassız hərəkətinə müvafiq cavab verəcək”, – deyə o bildirib.

Əraqçi İranın beynəlxalq hüquq və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq qanuni hüquq və mənafelərini müdafiə etmək əzmini vurğulayaraq, üç Avropa ölkəsinin real şəraiti nəzərə alaraq məsuliyyətli mövqe nümayiş etdirəcəyinə ümid etdiyini söyləyib./Report.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa